Fransa futbolunun əfsanəvi siması və "Real Madrid"in keçmiş baş məşqçisi Zinəddin Zidan karyerasında ilk dəfə milli komandaya rəhbərlik etməyə hazırlaşır. Zidanın Fransa Milli Komandasının sükanı arxasına keçmək üçün Fransa Futbol Federasiyası ilə şifahi razılıq əldə etdiyi bildirilir.
Bakıvaxtı.az xəbər verir ki, uzun müddətdir heç bir klubu çalıştırmayan Zidan və federasiya arasında hələlik rəsmi imza atılmasa da, bütün məsələlərdə razılıq əldə olunub.
53 yaşlı mütəxəssisin vəzifəsinin icrasına 2026-cı il FIFA Dünya Çempionatı başa çatdıqdan dərhal sonra başlayacağı gözlənilir.
"Real Madrid"ə rəhbərlik etdiyi dövrdə Zidan 3 dəfə Çempionlar Liqasını qazanıb. Bundan əlavə, o, iki dəfə La Liqa, iki dəfə UEFA Super Kuboku, iki dəfə FIFA Klublararası Dünya Çempionatı və iki dəfə İspaniya Super Kuboku çempionluğu yaşayıb.
Bakı 




