Belarus Silahlı Qüvvələrinin Qərb Əməliyyat Komandanlığının hərbi hissələri respublika ordusunun yoxlanılması çərçivəsində döyüş hazırlığı vəziyyətinə gətirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat verib.
"Silahlı Qüvvələrdə döyüş hazırlığının yoxlanılması davam edir. Qərb Əməliyyat Komandanlığının hərbi hissələri döyüş hazırlığı vəziyyətinə gətirilir", - deyə idarədən bildirilib.
Müdafiə Nazirliyinin məlumatına görə, mexanikləşdirilmiş briqadalardan birində texnikanın qəbul məntəqəsi açılıb. Bölmələr xalq təsərrüfatından nəqliyyat vasitələrini qəbul edir. Bundan əlavə, bəzi nəqliyyat vasitələri anbardan çıxarılır.
Zeynəb Rzayeva
Bakı 




