Britaniya Liberal Demokrat Partiyasının lideri Ed Deyvi Böyük Britaniyanın Baş naziri Kir Starmerdən ABŞ Prezidenti Donald Trampa qarşı ticarət tarifləri ilə bağlı 100 milyard dollarlıq məhkəmə iddiası qaldırmağı təklif edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Edinburqda keçirilən tədbirdə çıxış edən siyasətçi bildirib: "Bu gün Kir Starmerə məsləhətim Donald Trampı 100 milyard dollar və ya Şotlandiyaya və bütün ölkəyə dəyən ziyana görə məhkəməyə verməkdir. Bu, onun başa düşdüyü yeganə dildir".
İcmalar Palatasında (Britaniya parlamentinin aşağı palatası) üçüncü ən böyük partiyaya rəhbərlik edən Deyvi Trampı "müasir dövrün ən təhlükəli və zərərli ABŞ prezidenti" adlandırıb.
Aynur Babazadə
Bakı 




