Qvineya Respublikasının Prezidenti Mamadi Dumbuyanın fərmanı ilə keçid dövrü Baş naziri Amadu Uri Banın rəhbərlik etdiyi Qvineya hökuməti istefaya göndərilib.
Bakıvaxtı.az xəbər verir ki, dövlət başçısı nazirliklərin baş katiblərinə yeni hökumət təyin olunana qədər öz qurumlarının cari işlərini icra etməyə davam etmələri barədə göstəriş verib. Yeni Nazirlər Kabinetinin rəhbərinin adı və hökumətin tərkibinin yaxın günlərdə açıqlanacağı gözlənilir.
Hökumətin istefası Dumbuyanın Qvineya Prezidenti vəzifəsinin icrasına başlamasından təxminən bir həftə sonra baş verib. O, 28 dekabr 2025-ci ildə ölkədə keçirilmiş seçkilərdə qalib gəlib. Qvineya Prezidentinin mandat müddəti yeddi ildir.
Bakı 




