• Bakı C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.2139

Trampdan İrana HƏDƏ: “ABŞ Hərbi Dəniz Qüvvələri Fars körfəzində...”

DÜNYA

23 Yanvar 2026 | 08:22

Trampdan İrana HƏDƏ: “ABŞ Hərbi Dəniz Qüvvələri Fars körfəzində...”

ABŞ prezidenti Donald Tramp iddia edib ki, hərbi müdaxilə ehtimalı azalsa da, Amerika hərbi-dəniz donanması armadası Fars körfəzinə doğru irəliləyir və Tehrana təzyiq göstərir.

Bakıvaxtı.az “Le Figaro.fr”ə istinadən xəbər verir ki, ABŞ prezidenti İranda son etiraz hərəkatına qarşı edilən basqılara cavab olaraq dəfələrlə İranı zərbə endirəcəyi ilə hədələyib, lakin Tehranın etirazçıların edamını dayandırdığına əmin olduqdan sonra bu qərardan imtina edib.

O, cümə axşamı İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumundan qayıdarkən jurnalistlərə bildirib ki, ehtiyac olarsa, bu istiqamətdə çoxlu gəmi yerləşdiriblər:

"Mən heç nə baş verməməsini istərdim, amma biz onları çox yaxından izləyirik".

ABŞ prezidenti bölgəyə göndərilən donanmanın xarakteri barədə ətraflı məlumat verməyib, yalnız "armada" və "böyük qüvvə"dən bəhs edib. O, Tehranla müzakirələrə açıq olduğunu əlavə edərək deyib: "Bəlkə də biz bundan istifadə etməli olmayacağıq".

Maraqlıdır ki, bu açıqlamalar İranın ali liderinin ideoloji qolu və son dərəcə mütəşəkkil silahlı qüvvə olan İnqilab Keşikçilərinin rəhbərinin İsrail və ABŞ-ni "acılı aqibətlə" hədələməsindən sonra edilir.

Aydın Baxış 


SON XƏBƏRLƏR

22 Yanvar 2026