• Bakı C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.2139

ABŞ rəsmi şəkildə ÜST-dən çıxdı - Borcunu ödəmədi 

    DÜNYA

    23 Yanvar 2026 | 09:14

    ABŞ rəsmi şəkildə ÜST-dən çıxdı - Borcunu ödəmədi 

    ABŞ rəsmi şəkildə Ümumdünya Səhiyyə Təşkilatından çıxıb. 

    Bakıvaxtı.az xəbər verir ki, üzvlüyə xitam verilməsi ilə bağlı ABŞ Dövlət katibi Marko Rubio və səhiyyə və tibbi xidmətlər katibi Robert Kennedi birgə bəyanat yayıb. 

    Bildirilib ki, bu addımın COVID-19 pandemiyası ilə bağlı ÜST-ün uğursuz siyasətinə cavabdır: "ÜST-ün ABŞ xalqına vurduğu ziyanları aradan qaldırmaq üçün bu addımı atdıq".

    Qeyd olunub ki, bir çox beynəlxalq təşkilatlar kimi, ÜST də əsas missiyasından imtina edib və dəfələrlə ABŞ-nin maraqlarına qarşı hərəkət edib. “ABŞ təsisçi üzv və ÜST-ün ən böyük maliyyə təminatçısı olsa da, təşkilat Amerika maraqlarına düşmən olan millətlər tərəfindən idarə olunan siyasiləşdirilmiş, bürokratik gündəm həyata keçirib. Bunu etməklə, ÜST amerikalıların həyatını xilas edə biləcək vacib məlumatların vaxtında və dəqiq paylaşılmasına mane olub və sonra bu uğursuzluqları ictimai səhiyyə maraqları naminə gizlətmək bəhanəsini irəli sürüb”, - deyə bəyanatda qeyd olunur.

    "Bloomberg" agentliyi bildirib ki, ABŞ təxminən 260 milyon dollar borcunu ödəmədən Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxıb.

    Zeynəb Rzayeva


    SON XƏBƏRLƏR

    22 Yanvar 2026