Kreml Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff arasında Moskvadakı görüşdən sonra Birləşmiş Ərəb Əmirliklərində ukraynalılar və amerikalılarla üçtərəfli görüş elan edib.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bunu prezidentin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun ilk iclasının bu gün Əbu-Dabidə keçirilməsi barədə razılığa gəlinib. Uşakov qeyd edib ki, Baş Qərargahın yüksək vəzifəli rəsmisi general İqor Kostyukovun rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti yaxın saatlarda Əbu-Dabiyə səfər edəcək. O vurğulayıb ki, amerikalılar görüşə hazırlıq üçün çox iş görüblər:
“Ümid edirlər ki, bu, uğurlu olacaq və münaqişənin sona çatması ilə bağlı bütün məsələlərdə irəliləyiş üçün perspektivlər açacaq”.
Bundan əlavə, o, Əbu-Dabidə Stiv Uitkoff və Kremlin beynəlxalq iqtisadi məsələlər üzrə elçisi Kiril Dmitriyev arasında iqtisadi məsələlərə həsr olunmuş görüş keçiriləcəyini bildirib.
"Biz (münaqişənin) siyasi və diplomatik yollarla həllində səmimi şəkildə maraqlıyıq. Nə qədər ki, bu, baş verməyib, Rusiya döyüş meydanında öz məqsədlərinə nail olmağa davam edəcək", - deyə Yuri Uşakov bəyan edib:
Aydın Baxış
Bakı 




