• Bakı C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.1637

Qəzaya uğrayan Liviya təyyarəsinin qara qutusu tapıldı

DÜNYA

24 Dekabr 2025 | 11:18

Qəzaya uğrayan Liviya təyyarəsinin qara qutusu tapıldı

Türkiyədə qəzaya uğrayan Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın da göyərtəsində olduğu "Falcon 50" təyyarəsinin qara qutusu tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə daxili işlər naziri Ali Yerlikaya jurnalistlərlə bölüşüb.

O bildirib ki, saat 02:45-də təyyarəyə məxsus səs qeydiyyat cihazı, 03:20-də isə "qara qutu" tapılıb və onların araşdırılmasına başlanılıb.


SON XƏBƏRLƏR