• Bakı C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.1637

Hacı Surxay Prezidenti təbrik etdi

CƏMİYYƏT

24 Dekabr 2025 | 10:47

Hacı Surxay Prezidenti təbrik etdi

Prezident İlham Əliyevin doğum günü münasibətilə İçərişəhər “Cümə məscidi” dini icmasının sədri, tanınmış ilahiyyatçı Hacı Surxay Məmmədli dövlət başçısına təbrik məktubu ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, təbrik məktubunda Prezident İlham Əliyev zəmanəmizin dahi dövlət rəhbəri kimi xarakterizə olunur, ona möhkəm can sağlığı və dövlətçilik fəaliyyətində davamlı uğurlar arzulanıb.

Məktubda qeyd olunub ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 22 il ərzində Azərbaycan bütün sahələrdə böyük nailiyyətlər əldə edib, beynəlxalq aləmdə əhəmiyyətli uğurlar qazanaraq nüfuzlu regional lider mövqeyini möhkəmləndirib. Xüsusilə vurğulanır ki, dövlət başçısının müdrik rəhbərliyi və Müzəffər Ali Baş Komandanlığı altında Azərbaycan Ordusu tarixi ədaləti bərpa edib, torpaqlarımızın azadlığı uğrunda Şanlı Zəfər qazanılıb.

Təbrikdə bildirilib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri aparılır, keçmiş məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdırlar.

Hacı Surxay Məmmədli məktubunda inanclı insanların ölkənin əldə etdiyi uğurları Uca Yaradanın xalqımıza bəxş etdiyi böyük lütf kimi dəyərləndirdiklərini qeyd edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bərqərar olan sabitliyin, milli həmrəyliyin, tolerantlığın və mənəvi dirçəlişin bütün sahələrdə tərəqqinin əsasını təşkil etdiyini vurğulayıb.

“Allah dövlətimizi, xalqımızı və Sizi qorusun!” – deyə təbrikdə qeyd olunub.


SON XƏBƏRLƏR

23 Dekabr 2025