• Bakı C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.2139

Azərbaycan dilinin vəziyyətinə dair dinləmə keçiriləcək

CƏMİYYƏT

23 Yanvar 2026 | 10:06

Azərbaycan dilinin vəziyyətinə dair dinləmə keçiriləcək

Milli Məclisdə "Azərbaycan dili-milli suverenlik və insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi - xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair" ictimai dinləmə keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsinin 2026-cı il yaz sessiyası üçün iş planına daxil edilib.

Eyni zamanda, iş planında "Böyük Qayıdış və reinteqrasiya" ilə bağlı ictimai dinləmənin keçirilməsi də yer alıb.

Bundan əlavə, İnsan hüquqları komitəsinin iş planında "Yeni dünya düzəni və mövcud qlobal geosiyasi proseslər fonunda insan hüquqları: çağırışlar və yeni baxışlar" mövzusunda, Rəqəmsal suverenliyin qorunması, dezinformasiyaya, deepfake və manipulyasiya texnologiyalarına qarşı hüquqi və institusional mexanizmlərin gücləndirilməsi sahəsində icmalların hazırlanması, "Milli-mənəvi dəyərlərin və ailə institutunun informasiya-kommunikasiya məkanında müdafiəsi" mövzusunda dəyirmi masanın təşkili, Uşaq və yeniyetmələrin sosial media asılılığının qarşısının alınması yollarına dair ekspert müzakirələrinin təşkili də var.


SON XƏBƏRLƏR

22 Yanvar 2026