• Bakı 21° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Milli Məclisdən 2 milyonluq iddialara cavab

CƏMİYYƏT

21 Fevral 2026 | 20:20

Milli Məclisdən 2 milyonluq iddialara cavab

Son günlər bir sıra xəbər saytlarında Milli Məclislə "İmprotex Motors" MMC arasında Milli Məclisin nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsinə dair bağlanmış müqavilə barədə məlumatlar yayılıb. Məlumatlarda müqavilənin maliyyə dəyərinin 2 milyon 282 min 605 manat olduğu iddia edilir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a bildirilib ki, bununla bağlı məlumat həqiqəti əks etdirmir.

"Bildiririk ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən "İmprotex Motors" MMC Milli Məclisin rəsmi zəmanətdə olan nəqliyyat vasitələrinə yağ və sürtkü materiallarının dəyişdirilməsi, ehtiyat hissələrinin təmin olunması, eləcə də müvafiq servis xidmətlərinin göstərilməsini həyata keçirəcək. Müqavilənin ümumi məbləği isə 22 min 826 manat təşkil edir", - Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026