“Azəri” sözünün bizə dəxli yoxdur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Səyyad Aran deyib.
Deputat vurğulayıb ki, dilin televiziyada pis günə salınması əsas məsələlərdəndir. Onun sözlıərinə görə, aparıcıların dilə biganə, laqeyid münasibəti insanı hiddətləndirir.
"Bundan başqa, bizim bütün qurumlarımız belə adlanır: “Azərxalça”, “Azərsu” “Azərışıq” və s. Bəs “Azəriqaz” niyə? Hansı ağıllı bu sözü yazıb? “Azəri”sözünün bizə dəxli yoxdu. Tarix və həyat paradokslar yaradır. Bunu siz hansı ağılla “Azəriqaz” adlandırmısınız? Türklər bizə deyirlər ki, “azəri kardeşlerimiz”. Mən konsulluqda işləyəndə dəfələrlə deyirdim ki, bizə belə deməyin. “Azəri” sözünün bizə aidiyyəti yoxdur. “Azəriqaz”ın qanuni adı düzəldilməlidir”, - Səyyad Aran qeyd edib
Bakı 




