• Bakı 10° C

    6.41 m/s

  • USD - 1.7

    EUR - 2.0045

    RUB - 2.1798

Avropa anlayır ki, ABŞ srateji planlarına görə Qərbi İsrailin ayağına verər

SİYASƏT

24 Dekabr 2025 | 13:34

Avropa anlayır ki, ABŞ srateji planlarına görə Qərbi İsrailin ayağına verər

İsrail-Fələstin münaqişəsi beynəlxalq münasibətlərdə ikili standartların ən bariz nümunələrindən biri kimi qiymətləndirilir. Eyni beynəlxalq hüquq normalarına baxmayaraq, münaqişələrə fərqli yanaşmalar böyük dövlətlərin siyasi maraqları və geosiyasi prioritetləri ilə izah olunur.

Bəzi hallarda işğal açıq şəkildə tanınıb qınandığı halda, digərlərində bu fakt ya görməzdən gəlinir, ya da “özünümüdafiə” kimi təqdim edilir. İsrailin Qəzzada atdığı addımlara beynəlxalq reaksiyaların parçalanması da məhz bu maraqlar toqquşmasından qaynaqlanır.

ABŞ ənənəvi olaraq İsrailə siyasi və hərbi dəstək verir, baş verənləri təhlükəsizlik kontekstində qiymətləndirir. Avropa ölkələri isə daha çox humanitar hüquqa və mülki itkilərə diqqət çəksələr də, vahid və qəti mövqe nümayiş etdirə bilmirlər. Nəticədə beynəlxalq sistemdə ədalət anlayışı selektiv yanaşmaların kölgəsində qalır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq-konfliktoloq Elman Vəliyev bildirib ki, bəzi ölkələr İsrail və onun dominantlıq etdiyi yəhudi lobbizminin potensial bir təhlükə olduğunu açıq şəkildə görür:

"Ağıllı dövlət bunun gələcəkdə özü üçün problemlər yaradacağını bilir. Ona görə də bugünkü münaqişədə İsrailin qalib tərəf kimi ayrılmasını istəmir. Avropa anlayır ki, ABŞ srateji planlarına görə Qərbi İsrailin ayağına verər. Vaşinqton üçün əsas İsrailin məqsədləri və hədəfləridir”.

Elman Vəliyev: Amerikanın İsrailə dəstək olması absurd deyil

Müsahibimiz hesab etmir ki, Avropanın bəzi dövlətləri bundan sonra ABŞ-yə görə müharibələrə daxil olsun:

“Çünki onlar o səhvi çox ediblər və təkrarlayacaqları təqdirdə sonlarını gətirə bilərlər”.

Vaşinqtona gəldikdə isə, Vəliyevə görə,  İsrailə dəstək olması absurd deyil:

“Çünki onların qurucuları və yönəticiləri yəhudilərdir".

Aynur Babazadə


SON XƏBƏRLƏR