• Bakı 10° C

    6.41 m/s

  • USD - 1.7

    EUR - 2.0045

    RUB - 2.1798

Teymur Kərimovun cəzası azaldıldı

CƏMİYYƏT

24 Dekabr 2025 | 14:30

Teymur Kərimovun cəzası azaldıldı

Hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinən “Kanal-11” internet televiziyasının rəhbəri Teymur Kərimovun cəzası azaldılıb.

Bakıvaxtı.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar çıxarıb.

T. Kərimovun cəzası 7 ildən 5 ilə salınıb.

O, 2023-cü ilin dekabrında həbs edilib. Bu qərarla 3 il çəkilməmiş cəza müddəti qalıb.

Qeyd edək ki, bu iş üzrə İstək Totiyeva da cinayət məsuliyyətinə cəlb edilib. O, kanal rəhbəri Kərimovla əlbir olaraq eyni cinayəti törətməkdə təqsirləndirilirdi. Onun haqda isə şərti cəza hökmü qüvvədə qalıb. 


SON XƏBƏRLƏR