"Fənərbaxça" klubunun prezidenti Sadettin Saranın saç nümunəsində kokain aşkarlanıb. Məhkəmə Tibb İnstitutunun hesabatı İstanbul Baş Prokurorluğuna göndərilib.
Bakıvaxtı.az xəbər verir ki, Saran test nəticələri açıqlandıqdan sonra açıqlama verib.
"Bu səhər mediada yayılan xəbərlərlə bağlı ictimaiyyəti məlumatlandırmağı zəruri hesab edirəm.
İlk növbədə, açıq və birmənalı şəkildə bildirmək istəyirəm ki, Məhkəmə Tibb İnstitutunun müsbət nəticə verdiyini iddia etdiyi maddəni heç vaxt istifadə etməmişəm.
Bu iddialar şəxsən məni hədəf alan, nüfuzuma və ləyaqətimə xələl gətirməyə, eləcə də təmsil etdiyim qurumları sarsıtmağa çalışan açıq-aşkar bir böhtan kampaniyasıdır.
Həmçinin, bu proses zamanı bütün nümunələri dərhal və heç bir tərəddüd etmədən yenidən təqdim etməyə hazıram".
Qeyd edək ki, "narkotik maddələr təmin etmək" və "narkotik maddələrin istifadəsinə kömək etmək" ittihamları ilə üzləşən Saran Prokurorluqda ifadə verdikdən sonra sərbəst buraxılmışdı./APA
***
11:23
“Fənərbaxça” klubunun prezidenti Sadettin Saranın saç nümunələri ilə aparılan və tamamlanan narkotik testi pozitiv çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, Saranın qan, sidik və dırnaq nümunələrində isə test nəticələrinin neqativ olduğu müəyyən edilib.
Qeyd edək ki, hesabat İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik maddələrlə bağlı istintaq çərçivəsində şübhəlilərdən götürülən qan və saç nümunələri üzrə Məhkəmə-Tibbi Ekspertiza Qurumu tərəfindən hazırlanıb.
Bakı 




