• Bakı 26° C

    14.19 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Qanalı hücumçunun "Mançester Siti"yə keçəcəyi ehtimal olunur

İDMAN

24 Dekabr 2025 | 09:54

Qanalı hücumçunun Mançester Sitiyə keçəcəyi ehtimal olunur

İngiltərənin "Bornmut" komandasında çıxış edən futbolçu Antuan Semenyonun "Mançester Siti"yə transfer olunacağı ehtimal edilir.

Bakıvaxtı.az "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu "Liverpul", "Mançester Yunayted", "Çelsi" və "Tottenhem"in təklifini rədd edib.

Qanalı forvard Xosep Qvardiolanın rəhbərliyi altında oynamaq istəyir. Mümkün keçidin qış transfer dönəmində 75 milyon avroya başa gələcəyi gözlənilir.

Qeyd edək ki, Antuan Semenyo cari mövsüm "Bornmut"da 16 oyuna çıxıb, 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Iyul 2026