• Bakı C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.1637

Azərbaycanda “böyrək çıxaran”ı Qazaxıstan həbs etdi

CƏMİYYƏT

24 Dekabr 2025 | 11:40

Azərbaycanda “böyrək çıxaran”ı Qazaxıstan həbs etdi

Baş Prokurorluq və İnterpol əməkdaşları Qazaxıstan Xarici İşlər Nazirliyinin köməyi ilə orqan qaçaqmalçılığına görə axtarışda olan Ukrayna vətəndaşını Polşadan ekstradisiya ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, o, 2017-2018-ci illərdə transmilli mütəşəkkil cinayətkar qrupun üzvü kimi insan orqanlarının alqı-satqısı ilə məşğul olmaqda şübhəli bilinir:

“Bu mütəşəkkil cinayətkar dəstə canlı insanların orqanları ilə 56 qanunsuz əməliyyat təşkil edib, onlar respublikanın səhiyyə təşkilatlarında transplantasiya həyata keçiriblər. Qadın mart ayında Polşada saxlanılıb. Polşa tərəfinin məlumatına görə, ukraynalı qadının da iştirak etdiyi cinayətkar qrup Qazaxıstan, Ermənistan, Azərbaycan, Ukrayna, Qırğızıstan, Tacikistan, Özbəkistan və Taylandda 56 qurbanın böyrəklərini qanunsuz olaraq çıxarıb”./Axar.az


SON XƏBƏRLƏR

23 Dekabr 2025