• Bakı C

    2.29 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.1637

Baş Qərargah rəisinin təyyarəsi qəzaya uğrayıb - RƏSMİ - YENİLƏNİB

DÜNYA

23 Dekabr 2025 | 23:51

Baş Qərargah rəisinin təyyarəsi qəzaya uğrayıb - RƏSMİ - YENİLƏNİB

Ankara Esenboğa Hava Limanından Tripoliyə gedən Falcon 50 özəl biznes təyyarəsi radarla əlaqəni itirib. Esenboğa Hava Limanı müvəqqəti olaraq bağlanıb və uçuşlar Kayseriyə yönləndirilib. Təyyarədə Liviya Baş Qərargah rəisi də daxil olmaqla 5 nəfərin olduğu və vurulan təyyarənin qalıqlarının tapıldığı məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yayılan rəsmi açıqlamada deyilir. 

Bildirilir ki, təyyarə Haymana tərəfdə qəzaya düşüb. 

23:21

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Liviya Baş Qərargah rəisininin olduğu təyyarə ilə əlaqənin kəsilməsini təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, Yerlikaya "X" sosial şəbəkəsində yazıb:

"Bu gün saat 20:10-da 9H-DFJ quyruq nömrəli Falcon 50 biznes təyyarəsi Ankaranın Esenboğa Hava Limanından Tripoliyə yola düşüb. Lakin təyyarə ilə əlaqə saat 20:52-yə qədər kəsilib.

Bu təyyarənin Haymana bölgəsinə təcili eniş etdiyi bildirilib və bundan sonra təyyarə ilə əlaqə bərpa olunmayıb.

Təyyarədə Liviya Baş Qərargah rəisi, ordu generalı Məhəmməd Əli Əhməd əl-Həddad da daxil olmaqla beş sərnişin olub.

Gedişatla bağlı ictimaiyyətə məlumat veriləcək".

 

23:13

Türkiyə hava məkanında Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli əl-Həddadın olduğu deyilən təyyarə ilə əlaqə kəsilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.


SON XƏBƏRLƏR

23 Dekabr 2025