• Bakı 10° C

    6.41 m/s

  • USD - 1.7

    EUR - 2.0045

    RUB - 2.1798

Zelenski Kiyevin 20 maddəlik sülh planını açıqlayıb

SİYASƏT

24 Dekabr 2025 | 13:21

Zelenski Kiyevin 20 maddəlik sülh planını açıqlayıb

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın ABŞ-dəki danışıqlar zamanı Amerika tərəfinə təklif etdiyi 20 bəndlik planı açıqlayıb.

Bakıvaxtı.az "The Kyiv İvindependent"ə istinadən xəbər verir ki, sənədin müddəaları Zelenskinin jurnalistlərlə görüşündən sonra yayımlanıb.

Plana Ukraynanın suverenliyinin təsdiqi, Rusiya ilə Ukrayna arasında təmas xətti boyunca monitorinqin aparılacağı təcavüzkarlığa qarşı müqavilə və təhlükəsizlik zəmanətləri məsələləri daxil edilib. Həmçinin Ukrayna Silahlı Qüvvələrinin sayı sülh dövründə 800 000 nəfər olaraq müəyyən edilib. ABŞ, NATO və Avropa Ukraynaya NATO Nizamnaməsinin 5-ci maddəsinə əsaslanan təhlükəsizlik zəmanətləri verir.

Bundan başqa, altıncı bənd Rusiyanın Ukraynaya və Avropaya qarşı təcavüz etməməyə öhdəlik götürməsini, yeddinci bənd isə Ukraynanın uyğun vaxtda Avropa İttifaqına qoşulmasını tələb edir. Səkkizinci bənd Kiyevə "qlobal yardım paketi"nin verilməsini, doqquzuncu bənd isə yenidənqurma üçün 800 milyard dollarlıq fondun yaradılmasını tələb edir.

Onuncu bənd Ukraynanı ABŞ ilə azad ticarət sazişi bağlamaq səylərini sürətləndirməyə çağırır.

11-ci bənd Ukraynanın nüvə silahından azad statusunu müəyyən edir. 12-ci bənd Zaporojye AES-ə aiddir, lakin layihədə Ukrayna və ABŞ-nin bu məsələdə kompromis əldə edə bilmədiyi bildirilir. İddialara görə, ABŞ Vaşinqtonun aparıcı rol oynadığı ABŞ-Rusiya-Ukrayna birgə idarəçiliyini təklif edir. 

13-cü bənd Ukrayna məktəblərində müxtəlif mədəniyyətlərə qarşı tolerantlığı təşviq edən təhsil proqramlarının tətbiqini tələb edir. 

14-cü bənd ərazi məsələsinə toxunur, lakin ABŞ və Ukrayna bu məsələdə ortaq mövqeyə gələ bilməyiblər. Ukrayna qoşunlarını Donbasdan çıxarmaqdan imtina edir.

Gülşən Şərif


SON XƏBƏRLƏR