Məlum olduğu kimi, Hüseynzadə Vəfa Oruc qızı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Nizami Tibb Mərkəzinə direktor təyin edilib.
Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, V.Hüseynzadə Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun bacısı qızıdır.
Qeyd edək ki, A.Aslanov 2005-ci ildə Şəmkirin icra başçısı vəzifəsindən azad edildikdən sonra kənd təsərrüfatı nazirinin birinci müavini təyin edilmişdi. 2013-cü ilə qədər nazir müavini vəzifəsində çalışıb. 2018-ci ildə isə dünyasını dəyişib.
Bakı 





