• Bakı 21° C

    6.08 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

Abşeronda işıq kəsiləcək

CƏMİYYƏT

24 Dekabr 2025 | 12:26

Abşeronda işıq kəsiləcək

Bu gün Abşeron və Qobustan rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.

Bu barədə Bakıvaxtı.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 35 kV-luq "Pirəkəşkül-Cəngi" hava xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 13:00-dan 15:00-dək Cəngi, Çaylı və Qobustan kəndlərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


SON XƏBƏRLƏR

23 May 2026