• Bakı 17° C

    8.81 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

CƏMİYYƏT

23 Yanvar 2026 | 12:03

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılır.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2027-ci il yanvarın 1-nə qədər uzadılır.

Bundan əvvəl bu müddət 2026-cı il yanvarın 1-dək müəyyən edilmişdi.

Qeyd edək ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən etibarən yoxlamalar dayandırılıb.


SON XƏBƏRLƏR

02 Aprel 2026