"Yolların işarələnməsi, velosiped və skuter zolaqları ilə bağlı yolların daraldılmasına şahidlik edirik. Bu lazımdırmı? Bəli, lazımdır. Amma harada zəruridirsə, hesab edirəm ki, orada bu xətləmələri aparsaq daha yaxşı olar".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Hikmət Məmmədov deyib.
O bildirib ki, paytaxtın Parlament prospektindən Milli Məclis istiqamətinə gələn yolda hərəkət zolaqları daraldılıb, skuter və velosiped sürənlər üçün xüsusi xətlər ayrılıb:
“Bunlar çox yaxşıdır, etiraz etmirəm. Gəlin bir ölçmə aparaq. Müşahidə kamerası quraşdıraq və görək orada neçə nəfər skuterdən istifadə edir. Əgər buna zərurət varsa, buu edək. Üç gün ərzində həmin yoldan cəmi bir velosipedçi istifadə edirsə, yolun daraldılmasının nə mənası var? Bu məsələyə hesabatlı yanaşaq. Zəruridirsə, qalsın, zəruri deyilsə, qalmasın".
Bakı 




