• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Suriyadan gətirilən ailə sosial xidmət müəssisəsinə yerləşdirildi

CƏMİYYƏT

23 Yanvar 2026 | 11:13

Suriyadan gətirilən ailə sosial xidmət müəssisəsinə yerləşdirildi

Azərbaycanın Suriyadan gətirdiyi daha 5 nəfər (ana və 4 övladı) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin (SXA) sosial xidmət müəssisəsinə yerləşdirilib.

Bu barədə Bakıvaxtı.az-a agentlikdən məlumat verilib.

Qeyd olunub ki, repatriasiya olunmuş şəxslərə ilkin tibbi, sosial-psixoloji dəstək göstərilib.

Növbəti mərhələdə isə SXA-nın sosial işçiləri və psixoloqları onların yaşadıqları ünvana gedərək, təfsilatlı qiymətləndirməsini aparacaq. Hər bir repatriantla bağlı fərdi inkişaf planı hazırlanaraq, həmin plan əsasında aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində onlarla bağlı dəstək tədbirləri davam etdiriləcək.

Həmçinin bildirilib ki, son illərdə Agentlik ölkəyə repatriasiya edilmiş 600-ə yaxın şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib. Onlardan hazırda 63 repatriantla sosial reabilitasiya işi davam etdirilir.


Suriyadan gətirilən ailə sosial xidmət müəssisəsinə yerləşdirildiSuriyadan gətirilən ailə sosial xidmət müəssisəsinə yerləşdirildiSuriyadan gətirilən ailə sosial xidmət müəssisəsinə yerləşdirildiSuriyadan gətirilən ailə sosial xidmət müəssisəsinə yerləşdirildiSuriyadan gətirilən ailə sosial xidmət müəssisəsinə yerləşdirildi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026