• Bakı C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.1637

Papa: "Rusiyanın atəşkəsi rədd etməsi çox kədərlidir"

DÜNYA

24 Dekabr 2025 | 11:14

Papa: Rusiyanın atəşkəsi rədd etməsi çox kədərlidir

Papa XIV Leo Rusiyanın Ukrayna ilə müharibədə Milad atəşkəsini rədd etməsindən kədərləndiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Roma Papası İtaliyadakı iqamətgahının qarşısında jurnalistlərə bildirib.

"Məni çox kədərləndirən şeylərdən biri də Rusiyanın atəşkəs tələbini rədd etməsi oldu. Bir daha bütün xoşməramlı insanlara müraciət edəcəyəm ki, heç olmasa Miladı sülh günü kimi qəbul etsinlər. Bəlkə də bizi dinləyəcəklər və o zaman ən azı 24 saatımız, bütün dünyada sülh günümüz olacaq", - deyə Papa Leo əlavə edib.

Bu həftə Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ukraynanın Milad atəşkəs təklifi ilə razılaşmadığını açıqlayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR