• Bakı 19° C

    5.16 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Azərbaycanda insan orqanı alan ukraynalı qadın Polşadan Qazaxıstana ekstradisiya edilib

CƏMİYYƏT

24 Dekabr 2025 | 10:42 | Müəllif: Əli Hüseynov

Azərbaycanda insan orqanı alan ukraynalı qadın Polşadan Qazaxıstana ekstradisiya edilib

İnsan orqanlarını satmaqda şübhəli bilinən ukraynalı qadın Polşadan Qazaxıstana ekstradisiya edilib.

Bakıvaxt.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

    Məlumata görə, ukraynalı qadın 2017-ci ilin iyulundan 2019-cu ilin yanvarına qədər qara bazarda satılması üçün Qazaxıstan, Ermənistan, Azərbaycan, Qırğızıstan, Tacikistan, Tailand və Özbəkistanda qanunsuz olaraq insan böyrəkləri alıb.

    Ukrayna vətəndaşı 5 ildir beynəlxalq axtarışdadır, o, bu yaxınlarda təsadüfən Polşada tutulub. Qazaxıstan Məhkəməsi 35 yaşlı qadını qiyabi olaraq 12 il həbs cəzasına məhkum edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR