Dünyada əhalinin təxminən 85%-i dini dəyərlərə inanır, lakin bəzən dinlə bağlı yanlış təsəvvürlər və təhrif olunmuş məlumatlar yayılır. Bu səbəbdən dini alimlərin və təhsil müəssisələrinin rolu böyükdür. Onlar gənclərə dini və mənəvi dəyərləri düzgün çatdırmaq və texnologiyanın imkanlarından istifadə edərək tədrisin effektivliyini artırmaq üçün çalışırlar.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Rəqəmsal İnformasiya Mühitində Dini Təhsil və Maarifçilik Strategiyaları” adlı panel müzakirədə səsləndirib.
Nazir müavini bildirib ki, Azərbaycanda multikulturalizmin tədrisi universitetlərdə də həyata keçirilir. Burada tələbələrə dini-mənəvi biliklərin öyrədilməsi, əxlaqi dəyərlərin təşviqi və düzgün dini yanaşmanın formalaşdırılması prioritetdir:
“Ümumilikdə isə şagirdlərə dini təbliğ etmək düzgün deyil. Din dövlətdən ayrı olmalıdır. Bu prinsip konstitusiyada da əksini tapır, çünki dini inanclar azad olmalıdır”.
Zeynəb Rzayeva
Bakı 




