• Bakı C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.1637

BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ

CƏMİYYƏT

24 Dekabr 2025 | 11:59

BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək xatırladır ki, ağır yol-nəqliyyat hadisələrinin əhəmiyyətli hissəsi məhz ötmə və manevretmə qaydalarının pozulması nəticəsində baş verir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BDYPİ-nin sürücülərə çağırışında qeyd olunub.

"Qarşı zolağa düşünülməmiş çıxış, yolun görünüş məsafəsinin düzgün qiymətləndirilməməsi, sürət və özünə həddindən artıq güvən bir anın içində geri dönüşü olmayan faciəyə çevrilə bilər. Bu riskli qərar yalnız sürücünü deyil, yoldakı günahsız insanları da təhlükə altına qoyur.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə çağırış edir:

• Ötməni yalnız icazə verilən və təhlükəsiz hallarda edin;

• Tələskənliyə deyil, məsuliyyətə üstünlük verin;

• Unutmayın: bir neçə saniyə qazanc üçün həyatları riskə atmağa dəyməz.

Qaydalara əməl edin – həyatınızı və başqalarının həyatını qoruyun".


SON XƏBƏRLƏR