• Bakı 25° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Putin Suriya XİN başçısını qəbul edib

DÜNYA

24 Dekabr 2025 | 14:20 | Müəllif: Əli Hüseynov

Putin Suriya XİN başçısını qəbul edib

Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan Suriya xarici işlər naziri Əsəd əş-Şeybanini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Kremlin rəsmi nümayəndəsi Dmitri Peskova Putinin Suriya XİN başçısı ilə Suriyadakı Rusiya hərbi bazalarının taleyini müzakirə edib-etməməsi ilə bağlı sual ünvanlanıb.

    Peskov həmin suala cavab verməkdən imtina edib.

    Qeyd edək ki, Suriyada Rusiyanın iki hərbi bazası mövcuddur. Bunlar Hmeymim hərbi aviasiya bazası və Tartusdakı hərbi dəniz bazasıdır. Suriyada ötən ilin sonunda Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra Rusiyanın bu ölkədəki hərbi bazalarının gələcək taleyi naməlum olaraq qalır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    15 Sentyabr 2026