Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Bu barədə Bakıvaxtı.az-a media müşavirinin özü məlumat verib.
C.İşbilir Azərbaycan Prezidenti tərəfindən təsis edilmiş bu medalla təltif olunmağın onun üçün qürur mənbəyi olduğunu vurğulayıb:
"Türkiyə və Azərbaycan arasında media sahəsindəki ittifaqın və əməkdaşlığın inkişafı üçün birlikdə çalışmağa davam edəcəyik. Media İnkişaf Agentliyinə və 150 illiyini qeyd etdiyimiz köklü Azərbaycan mətbuatının üzvlərinə təşəkkür edirəm".
Bakı 






