• Bakı C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 2.0045

    RUB - 2.1798

Respirator viruslar ilboyu aktivdir, soyuq aylarda isə...

CƏMİYYƏT

24 Dekabr 2025 | 15:05

Respirator viruslar ilboyu aktivdir, soyuq aylarda isə...

Respirator viruslar ilboyu mövcud olur, sadəcə soyuq aylarda onların geniş yayılması üçün daha əlverişli şərait yaranır.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı səsləndirib.

Onun sözlərinə görə, qripdən başqa da 200-dən çox respirator virus mövcuddur və hər epidemioloji mövsümdə bu xəstəliklər dövri olaraq müşahidə edilir. Mütəxəssis bildirib ki, bu virusların kliniki gedişi əsasən oxşardır və daha çox yuxarı tənəffüs yollarını zədələyir.

Təyyar Eyvazov əlavə edib ki, sözügedən infeksiyalar adətən qısamüddətli olur və insanın immun sistemi normal fəaliyyət göstərdikdə bir neçə gün ərzində sağalma baş verir.

Əli Hüseynov


SON XƏBƏRLƏR