• Bakı C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 2.0045

    RUB - 2.1798

Respirator virusların yoluxduruculuq dövrü 3–5 gün davam edir – Həkim

CƏMİYYƏT

24 Dekabr 2025 | 15:07

Respirator virusların yoluxduruculuq dövrü 3–5 gün davam edir – Həkim

Orta hesabla respirator virusların yoluxduruculuq dövrü 3–5 gün ərzində başa çatır və bu mərhələdə yoluxma ehtimalı azalır.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı səsləndirib.

Onun sözlərinə görə, bu göstəricilər ümumi xarakter daşıyır və infeksiyanın növündən asılı olaraq dəyişə bilər. Eyni zamanda insanın immun sistemi də mühüm rol oynayır. İmmuniteti zəif olan həssas şəxslərdə yoluxduruculuq müddəti fərqli ola bilər.

Həkim vurğulayıb ki, xəstə şəxs mümkün qədər erkən mərhələdə aşkar edilməlidir. Əlamətlərə əsasən xəstəliyi müəyyənləşdirmək çətin deyil və bu səbəbdən vaxtında izolyasiya tədbirləri görülməlidir.

“Qapı və pəncərələr açıq saxlanılmalı, xəstələnmiş şəxs maska taxmalıdır. Bu, virusun havaya yayılmasının qarşısını alır. Mümkün qədər yaxın təmasdan qaçmaq lazımdır”, – deyə Təyyar Eyvazov qeyd edib.


SON XƏBƏRLƏR