• Bakı C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 2.0045

    RUB - 2.1798

Cənubi Koreyada keçmiş prezident seçki saxtakarlığında da ittiham edilib

DÜNYA

24 Dekabr 2025 | 15:58

Cənubi Koreyada keçmiş prezident seçki saxtakarlığında da ittiham edilib

"Xüsusi prokuror Min Cun-ginin komandası Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok-yeola qarşı seçki kampaniyasının maliyyələşdirilməsi qanununu pozmaqda ittiham irəli sürüb".

Bakıvaxtı.az xəbər verir ki, bunu Xüsusi prokurorluq bildirib. 

Qeyd edilib ki, xüsusi prokuror Min Cun-ginin komandası keçmiş birinci xanım Kim Qın-hinin qiymətli kağızlarla bağlı fırıldaqçılıq və korrupsiya işlərini araşdırır. İstintaq iddia edir ki, prezident seçkiləri ərəfəsində, 2021-ci ilin iyunundan 2022-ci ilin martına qədər Yun Sok-yeol və həyat yoldaşının maraqları naminə bir neçə ictimai rəy sorğusu keçirilib. Xidmətlərin dəyəri 270 milyon von (təxminən 185.000 dollar) qiymətləndirilir, lakin onlar üçün heç bir ödəniş edilməyib. 

Siyasi məsləhətçi və Sosioloji Büronun faktiki rəhbəri Myunq Tae-qyun da qanunu pozmaqda ittiham olunub. Prokurorluğun məlumatına görə, Yun Sok-yeol qanunsuz fəaliyyətlərdən 137 milyon von (təxminən 94.000 dollar) məbləğində qazanc əldə edib. İstintaq qrupu keçmiş prezidentin əmlakının göstərilən məbləğdə müsadirə edilməsi tələbi ilə məhkəməyə müraciət edib.

Bundan əlavə, Yun Sok-yeol üsyan qaldırmaqda, dövlət orqanlarının səlahiyyətlərinin həyata keçirilməsinə mane olmaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və düşmənə kömək etməkdə ittiham olunur. 

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR