• Bakı C

    7.95 m/s

  • USD - 1.7

    EUR - 2.0045

    RUB - 2.1798

DSMF: Bu il ayda 51 sosial layihə və tədbir həyata keçirilib

    CƏMİYYƏT

    24 Dekabr 2025 | 16:21

    DSMF: Bu il ayda 51 sosial layihə və tədbir həyata keçirilib

    Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu ilin yanvar-noyabr ayları ərzində 51 sosial layihə və tədbir həyata keçirib.

    Fondun mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, layihələrin iştirakçıları əsasən pensiyaçılar, şəhid və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri və onların övladları, autizm və daun sindromlu uşaqlar və valideynləri, azadlıqdan məhrumetmə cəzasına məhkum edilənlər olub.

    Onlar üçün psixoloji və sosial dəstək, maarifləndirmə, təhsil sahəsində, eləcə də əyləncəli tədbirlər təşkil olunub, tibbi xidmətlər göstərilib.

    Həmin layihə və tədbirlər “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”, "Konstitusiya və Suverenlik İli", "Vətən müharibəsinin 5-ci ildönümü", “İnsan hüquqları aylığı”, “Uşaq hüquqları aylığı” çərçivəsində və digər əlamətdar günlərə həsr olunmaqla həyata keçirilib.


    SON XƏBƏRLƏR