Azərbaycan son illər tarixində ən böyük ədalətsizliklə üzləşib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə deyib.
Dövlət başçısı qeyd edib ki, çünki Azərbaycan torpaqları işğal altına düşdü:
"Amma bütün belə hallar olduğu vaxtda beynəlxalq təşkilatlar, böyük dövlətlər və müxtəlif ölkələrin siyasi dairələri bu işğalı qınayır, işğalçını məcbur etmək üçün müxtəlif üsullardan istifadə edir, sanksiyalar tətbiq edir. Bunu biz görürük, indi yaxın tariximiz bunu göstərir.
Ermənistan-Azərbaycan müharibəsi zamanı və müharibədən sonra atəşkəs dövründə beynəlxalq təşkilatlar düzgün qərar qəbul etsələr də, bu qərarların icrası üçün bir addım belə atmayıblar".
Bakı 




