• Bakı C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 2.0045

    RUB - 2.1798

Bu ölkələrdən Azərbaycana idxala məhdudiyyət qoyuldu

CƏMİYYƏT

24 Dekabr 2025 | 17:13

Bu ölkələrdən Azərbaycana idxala məhdudiyyət qoyuldu

Quş qripi aşkarlanan bir sıra ölkələrdən Azərbaycana malların idxalına məhdudiyyət qoyulub.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Fransanın Mərkəz-Luara vadisi regionunda aueski xəstəliyi, Nigeriyanın Sokoto ştatında, Monqolustanın Süxbaatar vilayətində dabaq xəstəliyi aşkarlanıb.

Nigeriyanın Akva İbom ştatında xırdabuynuzlu heyvanların taun xəstəliyi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Cersinin Sent-Martin, Sent-Piter, Sent-Sevior, Sent-Brelad inzibati ərazilərində blutanq xəstəliyi, Slovakiyanın Preşov diyarında Nyukasl xəstəliyi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Şotlandiyanın Şotlandiya Sərhədləri inzibati ərazi vahidində, İtaliyanın Toskana regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Azərbaycan ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq AQTA müvəqqəti məhdudiyyət tətbiq edib.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.


SON XƏBƏRLƏR