• Bakı 17° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

DOST Agentliyində yeni təyinatlar

CƏMİYYƏT

07 Noyabr 2025 | 12:27

DOST Agentliyində yeni təyinatlar

DOST Agentliyində yeni kadr təyinatları həyata keçirilib. Tural Güləhmədov İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin olunub. O, bundan əvvəl Agentliyin Daxili nəzarət və audit departamentinin müdiri vəzifəsində çalışıb.

Bakıvaxtı.az xəbər verir ki, digər əmrlə Solmaz Həsənova Abşeron DOST Mərkəzinin direktoru təyin edilib. O, bu vəzifəyə qədər Agentliyin İnsan resurslarının idarə edilməsi departamentinin Könüllülərlə iş şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

İdarə Heyəti sədrinin növbəti əmri ilə Elçin Həsənov Keyfiyyətin idarə edilməsi və xidmətlərin monitorinqi departamentinin müdiri vəzifəsinə təyin olunub. E.Həsənov bu təyinatadək 3 saylı Bakı DOST Mərkəzinin direktor müavini vəzifəsində çalışıb.


SON XƏBƏRLƏR

06 Noyabr 2025