“Süni intellekt sahəsində qlobal inkişafları izləyə bilmək və mədəni zənginliyimizi qorumaq üçün “Türkcə Böyük Dil Modeli”nin hazırlanmasını sürətləndirməliyik”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Qəbələdə keçirilən TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışı zamanı deyib.
“Ortaq əlifba məsələsində isə Türkiyə olaraq ilk addımı atırıq. Çingiz Aytmatovu tanıdan bir əsəri və Oğuznamələri ortaq əlifba ilə nəşr edirik. Bu gün də liderlərə bunlardan bir nüsxə təqdim edirik”, - Ərdoğan bildirib.