• Bakı 21° C

    5.76 m/s

  • USD - 1.7

    EUR - 1.9748

    RUB - 2.0643

I sinifə elektron qəbul prosesi yenidən aktivləşdirilib

CƏMİYYƏT

08 Oktyabr 2025 | 13:17

I sinifə elektron qəbul prosesi yenidən aktivləşdirilib

2025-2026-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul prosesi yenidən aktivləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

I sinfə qeydiyyatı gecikən uşaqlar üçün 8 oktyabr saat 15:00-dan 15 oktyabr saat 18:00-a qədər boş qalan yerlərə məktəb və müəllim seçimi başlayacaq.

Qeyd edilən tarixə qədər övladları üçün mektebeqebul.edu.az saytında sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq övladının ümumi təhsil müəssisəsinə qəbul prosesini yekunlaşdıra bilərlər.

Qeyd edək ki, cari tədris ili üzrə bu günə qədər I sinfə 130 mindən çox uşaq qəbul olunub.


SON XƏBƏRLƏR

07 Oktyabr 2025