Azərbaycan Hərbi Hava Qüvvələrinin şəhid polkovniki, Vətən Müharibəsi Qəhrəmanı Zaur İsmayıl oğlu Nudirəliyevin leytenantlıq dövrünə aid indiyədək ictimaiyyətə məlum olmayan fotoşəkli üzə çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, şəkildə gənc leytenant kimi pilot kombinezonunda olan Zaur Nudirəliyevin uçuş prosesinə hazırlaşdığı bəlli olur.
Qeyd edək ki, Zaur Nudirəliyev 1978-ci il sentyabrın 1-də Bakıda anadan olub. O, Hərbi Hava Qüvvələrinin ən təcrübəli pilotlarından biri kimi "Su-25" təyyarəsində çoxsaylı döyüş tapşırıqlarını uğurla yerinə yetirib. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl istiqamətində qəhrəmancasına şəhid olub və Azərbaycanın hərb tarixində şəhid olan yeganə polkovnik kimi yadda qalıb.
Görüntünü təqdim edirik.
Əli Hüseynov