• Bakı 17° C

    5.93 m/s

  • USD - 1.7

    EUR - 1.9561

    RUB - 2.0897

Premyer Liqa: "Zəfər turu"na bu gün start veriləcək

CƏMİYYƏT

07 Noyabr 2025 | 09:26

Premyer Liqa: Zəfər turuna bu gün start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, ilk gündə iki qarşılaşma keçiriləcək.

"Zəfər turu"nun açılış matçında "Şamaxı" "İmişli"ni qəbul edəcək. Şamaxı şəhər stadionunda baş tutacaq qarşılaşma saat 13:44-də start götürəcək. Ayxan Abbasovun kollektivi hazırda 10 xalla turnir cədvəlinin 9-cu pillədə, Jorj Kaşkilyanın komandası isə 12 xalla 8-ci pillədə qərarlaşıb.

Günün növbəti matçında "Qəbələ" "Sumqayıt"la üz-üzə gələcək. Bu görüş saat 16:44-də başlayacaq. Kaxaber Tsxadadzenin komandası beş xalla turnir cədvəlinin 10-cu , Saşa İliçin kollektivi isə 17 xalla 5-ci pillədə yer alır.

Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.

 

Azərbaycan Premyer Liqası

XI tur

7 noyabr

13:44. "Şamaxı" – "İmişli"

Hakimlər: Rauf Cabarov, Teymur Teymurov, Tərlan Talıbzadə, Vüqar Həsənli.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Cəmil Quliyev.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Şamaxı şəhər stadionu

16:44. "Qəbələ" – "Sumqayıt"

Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.

VAR: Cavid Cəlilov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Qəbələ şəhər stadionu


SON XƏBƏRLƏR

06 Noyabr 2025