• Bakı 17° C

    5.93 m/s

  • USD - 1.7

    EUR - 1.9561

    RUB - 2.0897

Qazaxıstan “İbrahim Sazişi”nə qoşuldu

CƏMİYYƏT

07 Noyabr 2025 | 09:08

Qazaxıstan “İbrahim Sazişi”nə qoşuldu

"İsrail ilə münasibətləri yaxşılaşdırmağı hədəfləyən Qazaxıstan “İbrahim Sazişi”nə qoşulur".

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp açıqlayıb.

Qazaxıstanın iştirakını elan edən Tramp, bu güclü kluba qoşulmaqda maraqlı olan bir çox ölkənin olduğunu deyib.
Qeyd edək ki, Ağ Evdə keçirilən Orta Asiya Zirvə Görüşündə Tramp Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Prezidenti Emoməli Rəhman, Qırğızıstan Prezidenti Sadir Japarov və Türkmənistan Prezidenti Serdar Berdimuhammedov ilə görüşüb.

Zirvə Görüşünün davam etdiyi vaxtda Tramp sosial media hesabında Qazaxıstanın sazişə qoşulduğunu açıqlayıb.

"Qazaxıstan mənim ikinci müddətimdə “İbrahim Sazişi”nə qoşulan ilk ölkə olacaq. Bu güclü kluba qoşulmaqda maraqlı olan bir çox ölkə var", - Tramp yazıb.

Tramp həmçinin İsrailin baş naziri Benyamin Netanyahu ilə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev arasında telefon danışığı olduğunu bildirib.


SON XƏBƏRLƏR

06 Noyabr 2025