• Bakı 21° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.9748

    RUB - 2.0643

Güclü siyasi oyunçu: Bütün məsələlər TDT çərçivəsində həllini tapacaq

SİYASƏT

08 Oktyabr 2025 | 14:30

Güclü siyasi oyunçu: Bütün məsələlər TDT çərçivəsində həllini tapacaq

"Türk Dövlətləri Təşkilatı artıq sadəcə bir platforma deyil. Artıq TDT güclü siyasi oyunçuya çevrilib".

Bunu politoloq Fikrət Sadıqov  Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, Türk Dövlətləri Təşkilatı dünya siyasətində, beynəlxalq münasibətlər sistemində öz sözünü deyir:

"Artıq TDT ilə hesablaşırlar. Bizim gücümüz, müdafiə və iqtisadi potensialımız digər dövlətlərin gözü qarşısında inkişaf edir. Buna görə də TDT dünya ölkələri, qloblar institutlar tərəfindən güclü bir siyasi oyunçu kimi qəbul olunur”.

Müsahibimizə görə, Qəbələdə keçirilən Sammit və tədbir çərçivəsində baş tutan görüşlər, alınan qərarlar, verilən mesajlar həm də onu göstərir ki, digər dövlətlər də bu təşkilata qoşula, üzv ola, əməkdaşlıq edə bilərlər. Politoloq Macarıstanın da nə vaxtsa bu qurumun tamhüquqlu üzvü olacağına şübhə etmir:

“Etnik və tarixi köklər, mövqelərin üst-üstə düşməsi bizi həm Macarıstan, həm də digər ölkələrlə bir təşkilatda çıxış etməyə sövq edir. Digər ölkələrin təşkilata üzv olması TDT-nin daha da güclənməsinə, inkişafına, genişlənməsinə ciddi təkan verəcək”.

F.Sadıqov qeyd edib ki, TDT dünya siyasətində özünə daha möhkəm yer etmək üçün müdafiə qabiliyyətini, hərbi gücünü daha da inkişaf etdirməlidir".

Fikrət Sadıqov: Digər ölkələrin təşkilata üzv olması TDT-nin güclənməsinə təkan verəcək

Analitik vurğulayıb ki, bir sıra türk respublikalarının təmsil olunduğu KTMT artıq öz potensialını itirir:

"Ermənistan KTMT-dən çıxmaq istəyir və aydındır ki, gec-tez çıxacaq. Qazaxıstan və Qırğızıstan da başa düşür ki, onların yolu, gələcəyi, rifahı, inkişafı, təhlükəsizliyi TDT-dən keçir. Bu iki türk ölkəsinin KTMT-də təsmil olunması heç bir məna daşımır. Siyasi, iqtisadi, hərbi və s. bütün məsələlər məhz TDT çərçivəsində həllini tapacaq, problemlər çözüləcək".

Aydın Baxış


SON XƏBƏRLƏR