Zəfər Gününün 5-ci ildönümü münasibətilə Bakıda keçiriləcək hərbi paradda iştirak edəcək qurumlar açıqlanıb
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, noyabrın 8-də paytaxt Bakıda Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş hərbi parad keçiriləcək.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumatlara görə, paradda iştirak edəcək qoşun və xidmət növlərinin bəziləri aşağıdakılardır:
Azərbaycan Ordusunun altı ordu korpusunun hərbi qulluqçuları
Dövlət Təhlükəsizliyi Xidmətinin parad bölməsi
Xarici Kəşfiyyat Xidmətinin heyəti
Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti
Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qrupu
Daxili Qoşunların əsgər və zabitləri
Heydər Əliyev adına Hərbi İnstitutun kursantları
Hərbi Dəniz Qüvvələrinin dənizçi heyəti
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin zabit və gizirləri
Bakı Hərbi Kollecinin kursant heyəti
Hərbi Hava Qüvvələrinin aviasiya bölməsi
Xüsusi Təyinatlı Qüvvələr
Dəniz piyadaları taboru
Əlahiddə Ümumqoşun Ordunun parad kolonu
Raket və Artilleriya Qoşunlarının hərbi heyəti
Milli Qvardiyanın nümayəndələri
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçular
Əli Hüseynov
Bakı 



