• Bakı 21° C

    6.51 m/s

  • USD - 1.7

    EUR - 1.9886

    RUB - 2.0473

Bu ərazi plana düşdü: 1000-dən çox mülkiyyətə kompensasiya ödəniləcək

CƏMİYYƏT

08 Oktyabr 2025 | 10:03

Bu ərazi plana düşdü: 1000-dən çox mülkiyyətə kompensasiya ödəniləcək

Dövlət ehtiyacları üçün tikinti işlərinin altına düşən mindən çox mülkiyyətə görə kompensasiya veriləcək. Şəmkir rayonunda bəzi mülkiyyətçilərə kompensasiya ödəniləcək. 

Bakıvaxtı.az-ın İqtisadiyyat.az-a istinadən məlumatına görə, bununla bağlı hazırlıq işlərinə başlanılıb. 

Məlumata görə, Şəmkirçay təzyiq paylayıcı kollektorunun və suvarma şəbəkəsinin tikintisi layihəsi çərçivəsində bəzi torpaq sahələri tikinti altına düşüb. 

Həmin torpaq sahələri üzrə mülkiyyətçilərə dəyən zərərin kompensasiyasının hesablanması ilə bağlı hazırlıqlara başlanılıb.

Məlumata görə, kompensasiya ödənişləri Şəmkir şəhəri, Zəyəm qəsəbəsi, Zəyəm Cırdaxan, Sabirkənd, Şiştəpə, Dəllər, Cəyir, Yeni Həyat, Qədim qala, Çaparlı, Keçili, Əliyaqublu, Çaparlı, Dəllər Cırdaxan, Dəllər Daşbulaq, Çinarlı qəsəbəsi, Düzqışlaq, Qaracəmirli, Qılıncbəyli, Yeni yol, Qarabağlar, Nərimanlı, Könüllü, Aşağı Seyfəli, Abbaslı, Mahmudlu kəndləri üzrə 953 xüsusi mülkiyyəti və 228 bələdiyyə mülkiyyətini əhatə edəcək. 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti kompensasiyanın hesablanması üçün qiymətləndirmə işlərini həyata keçirəcək qiymətləndirici axtarışındadır. 


SON XƏBƏRLƏR

07 Oktyabr 2025