Son bir ildə Qarabağ Universiteti artıq süni intellekt texnologiyalarından da aktiv şəkildə istifadə etməyə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Bakcell-in Şuşada "İnnovasiyaların Qarabağda tətbiqi" mövzusunda təşkil etdiyi təlimdə Qarabağ Universitetinin Elm və İnnovasiya məsələləri üzrə prorektor Fariz Əhmədov deyib.
Onun sözlərinə görə, bu istiqamətdə təlimlərə start verilib və bu texnologiyalar universitetin tədris mühitinə inteqrasiya olunur.
“Qarabağ Universitetinin müəllim və tələbələri istəsələr də, istəməsələr də, bu innovativ sistemin və süni intellektin bir parçasına çevriləcəklər”.
Mina Mikayılova