"Vaksinasiya və peyvənd tətbiqi bu gün dünyada qızıl standart hesab edilir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin "Instagram" səhifəsində canlı yayım zamanı qurumun mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib.
Onun sözlərinə görə, bir zamanlar dünyada geniş yayılan və ciddi fəsadlar törədən bir çox xəstəliklərin aradan qalxmasının əsas səbəbi vaksinlərin tətbiqidir.
Həkim əlavə edib ki, qrip əleyhinə peyvənd sayəsində bu infeksiyadan ölüm halları müşahidə edilmir.
Əli Hüseynov