• Bakı 17° C

    5.8 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Ən çox satılan maşınlar açıqlandı

CƏMİYYƏT

07 Noyabr 2025 | 14:46

Ən çox satılan maşınlar açıqlandı

Dünyanın ən populyar avtomobilləri açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, "Focus2move" portalı 2025-ci ilin yanvar-sentyabr aylarını əhatə edən dövr üçün dünyanın ən çox satılan avtomobillərinin siyahısını təqdim edib.

Reytinqin zirvəsində Toyota RAV4 yer alıb. Yapon istehsalçısının bu krossover modeli satışlarını 11,2 faiz artıraraq qlobal bazarın 2,5 faizini ələ keçirib.

İkinci yerdə Toyota Corolla, üçüncü pillədə isə elektrikli Tesla Model Y qərarlaşıb. Corolla-nın satışları 8,2 faiz, Tesla Model Y-nin isə 11,2 faiz azalıb.

İlk onluqda həmçinin Ford F-Series, Honda CR-V, Chevrolet Silverado, Toyota Camry, Hyundai Tucson, Toyota Hilux və Kia Sportage modelləri yer alıb.

Qeyd edək ki, bundan əvvəl Toyotanın ən etibarsız modelləri də açıqlanmışdı. Məlumata görə, GR Supra idman avtomobili son 20 ilin ən problemli Toyota modeli hesab olunur. Ən çox nasazlıq əyləc sistemində və təhlükəsizlik kəmərində müşahidə edilir. Yeni bZ4X modeli isə markanın ən aşağı etibarlı elektrik avtomobili adlandırılıb.


SON XƏBƏRLƏR