• Bakı 20° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.9748

    RUB - 2.0643

Polşa hərtərəfli hərbi təlim üçün pilot proqrama başlayacaq

DÜNYA

08 Oktyabr 2025 | 13:39

Polşa hərtərəfli hərbi təlim üçün pilot proqrama başlayacaq

Polşa Milli Müdafiə Nazirliyi 2025-ci ilin sonuna qədər bir neçə min, 2026-cı ildə isə 30 minə qədər insana təlim keçməyi planlaşdırır.

Bakıvaxtı.az "RMF FM" radiosuna istinadən xəbər verir ki, bununla bağlı nazirlik açıqlama yayıb.

Proqrama əsasən, təlim 1 gündən 30 günə qədər davam edəcək. Hərbi hazırlıq kursunda iştirak etmək istəyənlərə mülki müdafiə və ya hərbi ixtisas seçimi təklif olunacaq. 

Proqramda iştirak etmək istəyən hər kəs təlimin nə qədər davam edəcəyinə və hansı hərbi hissədə iştirak edəcəyinə özü qərar verə bilər.

Bundan başqa, proqrama pilotsuz təyyarələrdən, silahlardan istifadə üzrə təlimlər və hərbi tibb kursları daxildir.

Kurs hərbi andın qəbulu və ehtiyatda olan hərbi qulluqçu statusunun verilməsi ilə yekunlaşacaq. 

Gülşən Şərif


SON XƏBƏRLƏR