Rusiya ordusunun Ukraynaya dron və raket zərbələri nəticəsində 2 nəfər ölüb, biri uşaq olmaqla 5 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda UNIAN məlumat verib.
Məlumata görə, Sumı vilayətində dron hücumu nəticəsində biri uşaq olmaqla 3 nəfər yaralanıb.
Xersonun Korabelniy rayonun atəşə tutulması nəticəsində 2 nəfər ölüb.
Ukraynanın iri İstilik Elektrik Stansiyasına hücum nəticəsində isə 2 nəfər yaralanıb.